Türkiyə səfiri - Gürcüstan nümayəndə heyyətinin TANAP-ın açılış mərasimində niyə iştirak etmədiyini bilmir
Türkiyənin Gürcüstandaki səfiri Fatma Seren Yazqan Gürcüstanın nümayəndə heyyətinin TANAP-ın açılış mərasimində niyə iştirak etmədiyi haqqında məlumatı yoxdur.
Fatma Seren Yazqan bəyan edir ki, tədbirdə Gürcüstanı səfir İrakli Koplatadze təqdim edir.
“Bu son anda verilən bir qərar idi, ancaq səbəbini bilmirəm. Gürcüstan sadəcə səfir səviyyəsində təqdim edilib. Bu Gürcüstanı və Azərbaycanı birləşdirən bir layihədir və onda gürcü həmkarlarımızı görməyi hər zaman istəyirik” – dedi Fatma Seren Yazqan.
TANAP-ın açılışına Gürcüstan prezidenti Giorgi Marqvelaşvili dəvət edilmişdi, ancaq səfər baş tutmadı.