Türkiyə Səfiri Fatma Cərən Yazqan - Gürcüstanın Səhiyyə Sistemi mövcud olan vəziyyətlə, gözlədiyimizdən daha yaxşı baş gələ bildi
Türkiyə Səfiri Fatma Cərən Yazqan - Gürcüstanın Səhiyyə Sistemi mövcud olan vəziyyətlə, gözlədiyimizdən daha yaxşı baş gələ bildi

Gürcüstanın Səhiyyə Sistemi mövcud olan vəziyyətlə, gözlədiyimizdən daha yaxşı baş gələ bildi, – bu bəyanatı Türkiyənin Gürcüstandaki səfiri Fatma Cərən Yazqan verdi.

Səfirin dediyinə görə, Gürcüstanda covid-infeksiyalı pasientlərin müalicəsi üçün doğru metodlardan istifadə edilir.

“Koronavirusun dördüncü dalğası, necə Türkiyədə, eləcədə Gürcüstanda birincisi ilə müqayisədə daha güclü oldu. Virusla mübarizənin ən yaxşı vasitələri ilə, tibbi maska taxmaq, sosiyal məsafəyi və higiena qaydalarını qorumaqdır.

Türkiyə iqtidarı əhaliyə müraciət edir ki, evdən çıxmamağa çalışsınlar. Necə Türkiyə, eləcədə Gürcüstan üçün əsas odur ki, virus hallarının sayı artmasın və vəziyyət nəzarət altından çıxmasın.

Təəssüf ki, Gürcüstanda virusun yayılma sürəti tez zamanda artdı, ancaq Gürcüstan mövcud olan bu vəziyyətlə gözlədiyimizdən çox daha yaxşı baş gələ bildi” – dedi Türkiyə səfiri.

Səfir məhdudiyyətlərin önəmi barədə də söz etdi.

“Vəziyyətdən irəli gələərk, məhdudiyyətlər və karantin qüvvədədir. Təəssüf ki, bunlar iqtisadi problemlərlə nəticələnir, ancaq söhbət insan sağlamlığından gedirsə, iqtisadi problemlər ikinci planda olmalıdır.

Diləyim oldur ki, pandemiya tez zamanda başa çatsın” – dedi Fatma Cərən Yazqan.