Türkiyə prezidentinin müşaviri - Türk Kəşfiyyatı Suriyə iqtidarı ilə irtibata keçə bilər
“Müəyyən məsələlərin həll edilməsi məqsədi ilə, Türkiyənin kəşfiyyat xidməti Suriyə iqtidarı ilə irtibata keçə bilər, – bu barədə bəyanatı Türkiyə prezidentinin müşaviri verdi.
İbrahim Kalının bəyanatına görə, Afrində kürt hərbi qruplaşmalarına hərhansı bir yardım cəhdi teror aktı kimi dəyərləndiriləcək və qanuni hədəf hesab ediləcək.
Kalın həmçinin, qeyd etdi ki, Türkiyə öz milli maraqlarının qorunması üçün zəruri olan hərəkətləri edir.
Türk medyasının məlumatına görə, Afrində aparılan hərbi əməliyyat çərçivəsində 1 700-dən artıq terorist neytrallaşdırılıb.