Türkiyə prezidenti Yunanıstan və Kipri Aralıq Dənizi şərqində gərginliyin artırılmasında ittiham edir
Türkiyə prezidenti, Rəcəb Tayyin Ərdoğan Yunanıstan və Kipri Aralıq Dənizi şərqində gərginliyin artırılmasında ittiham edir. Onun dediyinə görə, Yunanıstan və Kipr Türkiyənin maraqlarının inkar edilməsinə çalışırlar.
Türkiyə lideri Afina ilə danışıqlara hazır olduğunu ifadə etdi və qeyd etdi ki, danışıqlar nəticəsində hər iki tərəf üçün faydanın alınması mümkün olacaq.
Ərdoğanın bəyan etdiyinə görə, Türkiyə hansısa ölkənin hüququnun pozulması marağında deyil, lakin öz maraqlarının pozulmasına da yol verməyəcək.