Türkiyə prezidenti və Almaniya Kansleri Qarabağ münaqişəsi ilə bağlı video-konfrans keçirdilər
Türkiyə prezidenti Rəcəp Tayyip Erdoğan və Almaniya Kansleri Anqela Merkel Qarabağ münaqişəsi ilə bağlı video-konfrans keçirdilər.
Türk medyasının məlumatına görə, Rəcəp Tayyip Erdoğan Angela Merkelə deyib ki, Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymalıdır və münaqişənin həlli üçün BMT rezolyusiyasını yerinə yetirməlidir.
İki ölkə lideri şərq aralıq dənizi sahilində mövcud olan vəziyyət haqqında danışdılar.
Türkiyə prezidenti Angela Merkelə deyib ki, Avropa İttifaqının son sammitində, Yunanistan və Kipr Avropa İttifaqını şantaj edirdilər.
Erdoğan həmçinin, qeyd etdi ki, Avropa İttifaqının bir neçə üzvü öz qərəzli maraqları üçün bütün Avropa İttifaqının maraqlarını qurban verməməlidir.
Merkel və Erdoğanın video-konfransı ilə bağlı Almaniyada rəsmi məlumat hələ yayılmayıb.