Türkiyə prezidenti - NATO artıq Suriyə ərazisində baş verən hadisələrə qarışmalıdır
Türkiyə prezidenti Rəcəp Tayyip Erdoğanın dediyinə görə, Şimali-atlantika alyansı öz mövqelərini yenidən gözdən keçirib, Suriyə ərazisində baş verən hadisələrə qarışmalıdır. Bu barədə bəyanatı Erdoğan Vaşinqtona yola düşənə qədər verdi.
“NATO öz mövqelərini yenidən nəzərdən keçirməlidir və Suriyə ərazisində baş verən hadisələrə qarışmalıdır. Bu məsələyə görə, mən dekabrın 3-4-də Londonda keçiriləcək görüşə böyük önəm verirəm. Türkiyə bu məsələyi alyansın görüşündə də irəli sürəcək.
NATO-nun fəaliyyəti nədir? Alyansın nizamnaməsinin beşinci maddəsi nəyimizə lazımdır? Alyansa dəstək lazım olanda Ankaradan dərhal dəstək istəyirlər. Bununla yanaşı, Türkiyə NATO-nun büdcəsinə olan qatqısı ilə ikinci və ya üçüncü yerdədir. Ancaq Türkiyənin qarşısında duran təhlükələr haqqında söz edilincə, Ankara hər zamanki kimi, yalnız qalır. Bütün bunlar haqqında Londonda müzakirələr aparılacaq” – Dedi Erdoğan.
Türkiyənin lideri onu da qeyd etdi ki, Suriyə-Türkiyə ərazisindən teroristlərin çıxardılmasını nə ABŞ, nə də Rusiya təmin edə bilmədi.
“Teroristlərin hələdə Türkiyəyə yaxın ərazilərdə olmasını, Kamışlı və Suriyənin dinc əhalisinin yaşadığı rayonlarda törədilən teraktar sübüt edir. Nə Rusiya, nə də ABŞ o ərazilərin teroristlərdən təmizlənməsini təmin edə bilmədi” – dedi Erdoğan.