Türkiyə parlamentinin sədri Gürcüstana səfər etdi
Türkiyə parlamentinin sədri Gürcüstana səfər etdi

Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin sədri Mustafa Şentop Gürcüstandadır.

Türkiyə Respublikası Böyük Millət Məclisinin sədrini hava limanında Gürcüstan parlamentinin birinci vitse-spikeri Qiorqi Volski və Diaspora və Qafqaz məsələləri komitəsinin sədri, parlamentlə dostluq qrupunun rəhbəri qarşılayıblar.

Türkiyə Böyük Millət Məclisinin sədri ilk görüşü Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə keçirəcək. Həmçinin parlament sədrinin və millət vəkillərinin Türkiyə nümayəndə heyəti ilə geniş tərkibdə görüşü nəzərdə tutulub.

Görüşdən sonra Şalva Papuaşvili və Mustafa Sentop Gürcüstan və Türkiyə Respublikası parlamentləri arasında əməkdaşlıq sənədi imzalayacaq və birgə bəyanatla çıxış edəcəklər.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayıb.