Türkiyə ordusu İraqın şimal-qərbində, Kürdüstan bölgəsinə yüzlərlə hava zərbəsi endirib
Türkiyə ordusu İraqın şimal-qərbində, Kürdüstan bölgəsinə yüzlərlə hava zərbəsi endirib

 
Türkiyə ordusu İraqın şimal-qərbində, Kürdüstan bölgəsində 15 kilometr dərinliyə daxil olub və yüzlərlə hava zərbəsi endirib. Bu haqda məlumatı yerli media münaqişənin monitorinqi mərkəzinə istinadən yayır.

Yayılmış məlumata əsasən, keçən ayın sonunda Türkiyə İraq Kürdüstanına yüzlərlə əsgər, hərbi texnika göndərib və Dahuk bölgəsində gözətçi məntəqələri qurur və hərbi patrul xidmətini həyata keçirir.

Medianın məlumatına əsasən, Türkiyənin hərbi kampaniyası Kürdüstan bölgəsinin sərhədi yaxınlığında “Kürdüstan Fəhlə Partiyası”nın (PKK) təhdidini cilovlamaq məqsədi daşıyır.

Yerli medianın məlumatına əsasən, Türkiyənin İraq Kürdüstanında əməliyyatları ən azı 602 kəndin sakinlərini məcburi köçkünə çevirmə riski ilə üz-üzə qoyub, ən azı 162 kənd artıq boşaldılıb. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan mart ayında bəyan edib ki, Ankara yaya qədər Kürdüstan regionu və İraqla sərhəddə təhlükəsizlik məsələlərini “ömürlük həll edəcək” zonanı yekunlaşdırmağa yaxındır.