Türkiyə mətbuatının məlumatına görə, Entoni Blinken dekabrın 13-də Türkiyəyə səfər edəcək
ABŞ dövlət katibi Entoni Blinken dekabrın 13-də Türkiyəyə gələcək.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Rəsmi olaraq Blinkenin Türkiyəyə səfəri ilə bağlı hələlik məlumat yayılmayıb.
Məlumat üçün bildirək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Entoni Blinken arasında sonuncu təmas dekabrın 7-də telefonla danışarkən olub.
Söhbətin mövzusu Suriyadakı hadisələr olub.