Türkiyə məhkəməsi Erdoğanı təhqir etdiyi üçün Almaniyalı siyasətçi haqqında həbs orderi verdi
Türkiyə məhkəməsi Rəcəp Tattip Erdoğanı təhqir etdiyi üçün Almaniyalı siyasətçi haqqında həbs orderi verdi.
Söhbət Mehmet Kılıçdan gedir, hansı ki, 2009-2013-cü illərdə “Yaşıllar partiyasının” kvotu ilə Almaniya parlamentində idi.
Kılıç Türkiyə prezidentini təhqir etməkə ittiham edilir. 2017-ci ildə Kılıç “ABC” kanalının efirində bəyan etmişdi ki, Rəcəp Tayyip Erdoğan vətən xainidir.
Qeyd olunan müsahibədinin böyük hissəsi Suriyədə Türkiyənin apardığı siyasətə aid idi.
Kılıç hazırda Türkiyədə deyil və oraya getdiyi zaman dərhal həbs olunacaq.
Onunla bağlı məhkəmə prosesi fevralın 26-da davam edəcək.