Türkiyə məhkəməsi altı jurnalistə ömürlük həbs cəzası verdi.
Reuters agentliyinin məlumatına görə, jurnalistlər 2016-cı ildə cəhd edilən hökümət çevrilişində iştirak etməklə ittiham olunurlar.
Suçlular arasında iki qardaş Mehmet və Ahmet Altanlar da var.
Prokurorluğun bəyan etdiyinə görə, onlar hökümət çevrilişi zamanı, üsyankarlara canlı efirdən şifrəli işarələr verirdilər.
Altı jurnalist arasında yenə bir məşhur sima Nazlı Ilıcak da var.
2016-cı ildə cəhd edilən hökümət çevrilişindən sonra Türkiyədə 50 min insan həbs edildi, 150-si isə, iş yerindən azad edildi.