Türkiyə Libyaya əsgər göndərir
Türkiyə Libyaya əsgər göndərir

Türkiyə Libyaya əsgər göndərir , – bu barədə bəyanatı Türkiyə prezidenti Rəcəp Tayyip Erdoğan verdi.

Rəcəb Tayyip Erdoğanın bəyanatına görə, Türkiyə Libyada sabitlliyin yer alması üçün bütün diplomatik və hərbi imkanlarından istifadə edəcək.

Xatırladaq ki, bazar günü Almaniya, Rusiya, Böyük Britaniya, Türkiyə və İtaliya liderləri görüşəcəklər və Libyada yaranan vəziyyəti müzakirə edəcəklər.

Muammər Kaddafinin taxtdan salınmasından sonra, Libyada iki iqtidar yarandı. Ölkənin şərq hissəsini, legitim iqtidara qarşı üsyan edən general Halifa Haftar idarə edir. Tripoli tərəfdə isə, legitim iqtidar yerləşir.

Üsyançılıq edən general Halifa Haftarı isə, Misir və Birləşmiş Ərəb Krallığı dəstəkləyir.