Türkiyə Kosovonu, Qüdsdə Səfirliyin açılmasından imtina etməyə çağırır. Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında qeyd olunduğuna görə, Ankara təəsüfləndiyini ifadə edir ki, Kosovo bu cür addımı müzakirə edir və bunu “beynəlxalq qanunvericiliyinin pozulması” kimi hesab edir.
Xatırladaq ki, Kosovo prezidenti İsrail Səfirliyinin Qüdsdə açılması barəsində bəyanatı keçən həftə Ağ Evdə keçirilən danışıqlardan sonra verdi. Görüşdə Serbiya və Kosovo iqtisadi əlaqələrin normallaşdırılması üzrə razılaşdılar.
Türkiyə Kosovonun müstəqilliyini tanıyan ilk ölkələrdən biridir.