Türkiyə Xarici İşlər Nazirliyi bəyan edir ki, Fətullah Gülənin ekstradasiyası məsələsi üzrə ABŞ və Rusiya iyulun 13-də müzakirə aparacaqlar
ABŞ və Rusiya Fətullah Gülənin ekstradasiyası məsələsi üzrə iyulun 13-də müzakirə aparacaqlar. Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, iyulun 13-də Ankaraya ABŞ Dövlət Departamenti, Ədliyyə Nazirliyi və Daxili İşlər Departamentinin nümayəndələri gələcəklər.
“Texniki səviyyədə biz, ABŞ ilə müntəzəm olaraq əlaqələrin müxtəlif aspektlərini müzakirə edirik. Görüşdə Fətullah Gülənin ekstradasiyası məsələsini də müzakirə edəcəyik”, – Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.