Türkiyə Xarici İşlər Nazirliyi - Azərbaycan Ermənistana işğal etdiyi ərazilərdən əsgərini çıxartmaq üçün son şans verdi
Azərbaycan Ermənistana işğal etdiyi ərazilərdən əsgərini çıxartmaq üçün son şans verdi, – bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda deyilir.
Bu bəyanatla, Ankara Moskvada dünən imzalanan atəşkəs razılaşmasına səsləndi.
Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatına görə, atəşkəs əhəmiyyətli bir addımdlr, ancaq Dağlıq Qarabağ probleminin uzunmüddətli həllini təmin edə bilməyəcək.
“Oktyabrın 27-dən sonra, Azərbaycan tərəfi, bütün dünyaya, 30 ildir Ermənistan tərəfindən işğal edilən torpaqlarını azad etmək üçün hazırlığını və cəsarətini göstərəcək. Ankara Qarabağ probleminin həllində sadəcə Azərbaycanın maraqlarını qoruyacaq. Türkiyə gələcəkdədə Azərbaycanı necə müharibədə, eləcədə danışıqlar masasında dəstəkləməyə davam edəcək” – deyilir bəyanatda.
Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsin pozulması haqqında razılaşma bugün saat 12:00-dan qüvvəyə mindi.
Sergey Lavrovla bərabər Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər Naziri Zohrab Mnatsakyanın görüşü dünən Moskvada 10 saatdan artıq davam etdi.
Görüş başa çatdıqdan sonra, Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirlərinin birgə bəyanatları yayıldı. Bəyanatın mətni Rusiya Xarici İşlər Nazirliyini veb-səhifəsində yerləşdirilib.
Bəyanata görə, atəşkəs oktyabrın 10-dan, saat 12:00-dan humanitar məqsədlə, cəsədlərin yığılması və əsirlərin dəyişdirilməsi üçün, Beynəlxalq Qızıl Xaç komitəsinin meyarları nəzərdə tutularaq, qüvvəyə minəcək.
Sənədə əsasən, atəşkəsin konkret parametrləri sonradan əlavə ediləcək.
Bununla yanaşı, Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə, münaqişələrin tənzimlənməsinin baza prinsiplərinə dayanaraq, münaqişənin sülh yolu ilə həll edilməsi üçün”substansiyalı danışıqlara” keçəcəklər.