Türkiyə Xarici İşlər Nazirliyi - ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə keçirilməsini sərt şəkildə pisləyirik
Türkiyə ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə keçirilməsini pisləyir, – bu barədə Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda deyilir.
“Biz, ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə keçirilməsini sərt şəkildə pisləyirik. Bu beynəlxalq hüquq və BMT qərarlarının pozulması ilə həyata keçirildi”, – Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda deyilir.
Qüdsdə ABŞ-ın səfirliyi rəsmi olaraq açıldı. Nümayəndəliyin açılış mərasimində ABŞ prezidentinin qızı İvanka Tramp və həyat yoldaşı Cerad Kuşner iştirak edirdi.
Mərasimə paralel olaraq, Qüdsdə ABŞ-ın səfirliyinin açılmasına etiraz əlaməti olaraq İsrail sərhədində minlərlə fələstinli toplaşndı. Aksiyanın bir neçə iştirakçısı İsrail ərazisinə keçməyə cəhd etdi. Nəticədə qarşıdurma baş verdi. Hərbiçilər aksiya iştirakçılarına atəş açdılar. Qarşıdurma zamanı 40-dan artıq fələstinli həlak oldu.