Türkiyənin Xarici İşlər Naziri bəyan edir ki, atəşkəslə bərabər, "Ermənistana Azərbaycan torpaqlarından çıxması" üçün müraciət də edilməlidir
Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlunun bəyanatına görə, atəşkəslə bağlı beynəlxalq ictimaiyyətin çağırışı məqsədyönlüdür, ancaq, beynəlxalq ictimaiyyət Ermənistana Azərbaycan torpaqlarından çıxması üçün müraciət etməlidir.
Çavuşoğlunun bəyanatı ilə bağlı məlumatıı “Royter” yayır.
Çavuşoğlu həmçinin, qeyd etdi ki, Minsk qrupunun hər onbir üzvünün görüşünün təşkilinə və bu məhələnin həllinə yardımçı olacaq.
“Beynəlxalq ictmaiyyət tərəfindən atəşkəslə bağlı müraciəti məqsədyönlü hesab edirik. Heçkəs müharibə istəmir. Ancaq, atəşkəslə bərabər. beynəlxalq ictimaiyyət Ermənistana Azərbaycan torpaqlarından çıxması üçün də müraciət etməlidir və bu müraciət BMT Təhlükəsilik Şurası və ATƏT qətnamələrinə müvafiq olmalıdır.
O zaman biz beynəlxalq ictimaiyyətin həqiqətən də bu problemi həll etmək istədiyini görəcəyik” – dedi Mövlüd Çavuşoğlu.