Türkiyə İraqda kürt döyüşçülərinin 150-dən çox hədəf obyektini bombaladı
Türkiyə İraqda kürt döyüşçülərinin 150-dən çox hədəf obyektini bombaladı.
Bu haqda məlumatı Anadolu agentliyi yayır.
Türk hərbçiləri “Kürdistan işçı partiyasının” (PKK) mövqelərini İraqın şimal tərəfində, Haftani regionunda bombalayırlar.
Yayılan məlumata görə, “Aslan pənçəsində” adlı hərbi əməliyyat çərçivəsində, Türk əsgərinin xüsusi təyinat qrupları kürt döyüşçülərinə qarşı hava və quru hücumuna keçiblər. Əməliyyata helikopterlər və pilotsuz təyyarələr də qoşulublar.
Türkiyə iqtidarında bəyan edirlər ki, əməliyyatın məqsədi “Kürt işçi partiyasının” terorçularının neytrallaşdırılmasıdır, hansılar ki, Türkiyənin təhlükəsizliyi üçün təhlükə yaradırlar.