Türkiyə ilə Gürcüstan arasında ortaq hərbi-hava müəssisəsinin yaradılması məsələsi müzakirə olunur
Türkiyə ilə Gürcüstan arasında ortaq hərbi-hava müəssisəsinin yaradılması məsələsi müzakirə olunur

Gürcüstanın müdafiə nazirinin müavini Zurab Azaraşvili və “Tam Tbilaviamşeni”nin baş direktoru Mixeil Oqlişvili Gürcüstanda səfərdə olan Türkiyə nümayəndə heyəti, “Tusaş” şirkətinin baş direktoru Temel Kotilov və aviasiya üzrə vitse-prezident Attila Doğana ev sahibliyi ediblər.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə Gürcüstan və Türkiyə arasında əməkdaşlıq və birgə müəssisənin yaradılması və hərbi-hava sənayesinin inkişafı ilə bağlı gələcək planlar müzakirə edilib.

Görüşdən sonra qonaqlar “Tam Tbilaviamşeni”nin ərazisindəki təyyarə avadanlığının yığılması zavoduna baxdılar, burada təyyarələrin müasir standartlara uyğun bərpası, reabilitasiyası və modernləşdirilməsi həyata keçirilir.