Türkiyə iqtidarının məlumatına görə, ölkənin hərbi aviasiyası və artileriyası Suriyənin Şimal hissəsində 181 obyekti bombaladı
Türkiyə iqtidarının məlumatına görə, ölkənin hərbi aviasiyası və artileriyası Suriyənin Şimal hissəsində 181 obyekti bombaladı.
Türkiyə Müdafiyə Nazirliyinin məlumatına görə, “Barış pınarı” adlı əməliyyat kürt hərbi qruplaşmalarına qarşı müvəffəqiyyətlə davam edir və türk əsgərləri hazırda bir neçə obyekti alıblar.
Türkiyənin “Anadolu” agentliyinin məlumatına görə, türk əsgərlərinə yardım etmək üçün Fıratın şimal tərəfindən “Suriyənin milli orudusu” da tərpənib. Həmin ordu da Türkiyə tərəfindən təlim edilib.
Kürt informasiya agentliklərinin məlumatına görə, əməliyyatın başladığı andan indiyə qədər, səkkiz dinc vətəndaş və 16 əsgər həlak oldu.
Yayılan məlumata görə, türk əsgərlərinin hədəfi dinc əhalinin evləri oldu.
Türkiyə iqtidarında isə, bəyan edirlər ki, Ankara BMT qaydalarına əsasən hərəkət edir və ölkəyi müdafiyə edir.