Türkiyə hökuməti Samsun-Sarpini birləşdirən dəmir yolunun tikintisinə başlayır

19:19, 07.12.2024

Türkiyə hökuməti Samsun-Sarpini birləşdirən dəmir yolunun tikintisinə başlayır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu 509 kilometrlik Samsun-Sarpi dəmir yolunun 10 milyon insana xidmət göstərəcəyini bildirib.

Yaxın vaxtlarda dəmir yolunun tikintisinə başlanılması planlaşdırılır. Dəmir yolu Samsun, Ordu, Giresun, Trabzon, Rizə və Artvin bölgələrini əhatə edəcək.

“Bütün Qara dənizin danışdığı dəmir yolu layihəsinin Samsun-Sarpi hissəsinin layihələrini hazırlamağa başladıq; Ankaradan Samsuna və Samsundan Sarfaya gedəcək bir dəmir yolu layihəsi”. – deyə Abdulkadir Uraloğlu bildirib.

Oxşar