Türkiyə Cümhuriyyəti, tarixində ən miqyaslı, “Mavi Vatan 2019” adlı hərbi-dəniz təlimlərini keçirir.
Bu barədə məlumatı “TRT” türk teleşirkəti yayır.
Hərbi təlimlər Qara, Egey və Aralıq dənizlərində keçirilir. Təlimlərdə 103 hərbi gəmi iştirak edir, bir neçə mərhələdən ibarətdir və martın 5-də başa çatacaq.
Türkiyə hakimiyyətinin məlumatına görə, təlimlərin məqsədi hərbi-dəniz qüvvələrinin hazırlığının gücləndirilməsidir.