Türkiyə Ermənistanın Fələstin Dövlətini tanımaq qərarını təqdir edir
Türkiyə Ermənistanın Fələstin Dövlətini tanımaq qərarını təqdir edir

 
Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistanın Fələstin Dövlətini tanımaqla bağlı qərarını təqdir edir.

Bu haqda qurumun bəyanatında deyilir.

“Biz İspaniya, İrlandiya, Norveç və Sloveniya kimi ölkələrdən sonra Ermənistanın Fələstin Dövlətini tanımaq qərarını təqdir edirik.

Hər zaman qeyd etdiyimiz kimi, Fələstinin tanınması beynəlxalq hüququn, ədalətin və vicdanın tələbidir.

Türkiyə Fələstinin mümkün qədər çox ölkə tərəfindən tanınması üçün səylərini davam etdirəcək”- bəyanatda deyilir.

Ermənistan Respublikası bu gün Fələstin dövlətini tanıyıb. Ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında Qəzza sektorunda mövcud fəlakətli humanitar vəziyyətin və davam edən hərbi münaqişənin beynəlxalq siyasi gündəmdə həllini tələb edən əsas məsələlərdən biri olduğu deyilir.