Türkiyə Dİ Nazirliyi - Afrin bölgəsində cari əməliyyatlara qarşı etiraza görə, 786 insan həbs edildi
Türkiyədə Afrin bölgəsində cari əməliyyatlara qarşı etiraza görə, 786 insan həbs edildi. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
“”Zeytun budağı” əməliyyatının başlamasından sonra əməliyyata qarşı təşkil edilmiş 85 aksiya keçirildi, sosial şəbəkələrində təşviqat və etiraz aksiyalarında iştiraka görə, 786 insan həbs edildi”, – Türkiyə Daxili İşlər Nazirliyində bəyan edirlər.
Türkiyə hakimiyyəti Suriyanın şimal hissəsində yerləşən Afrin bölgəsində kürdlərə qarşı hərbi əməliyyata yanvarın 20-də başladı.