Türkiyə baş qərargahının rəhbəri bəyan edir ki, Türkiyə Amerika tərəfindən Suriyəli kürtlərin silahlandırılmasına imkan verməyəcək
“Türkiyə Amerika tərəfindən Suriyəli kürtlərin silahlandırılmasına imkan verməyəcək” – bu bəyanatı Türkiyə baş qərargahının rəhbəri Hulusi Akar Brüsseldə NATO-nun hərbi komitəsinin iclasında verdi.
“NATO terorist qruplaşmaları arasındaki fərqi görməlidir. PKK-ya qarşı mübarizə də digər terorist qruplaşmalarına qarşı olduğu kimi zəruridir. Biz ABŞ tərəfindən kürt terorist qruplarının silahlandırılmasına imkan verməyəcəyik” – dedi baş qərargahın rəhbəri.
Hulusi Akar ümid edir ki, NATO eyni səhvə yol verməyəcək.