Türkiyə Baş qərargahı - Suriyada 790 kürd döyüşçüsü və cihadçı məhv edildi
Türkiyə Baş qərargahı - Suriyada 790 kürd döyüşçüsü və cihadçı məhv edildi

Suriyanın şimalında hərbi əməliyyat nəticəsində 790 kürd döyüşçüsü və cihadçı məhv edildi, – bu barədə məlumatı Türkiyə Baş Qərargahı yayır.

Baş Qərargahın bəyanatına əsasən, Türkiyə Hərbi Hava Qüvvələrinin “Zeytun budağı” əməliyyatı çərçivəsində keçirdiyi aviareydlərdə terrorçulara aid daha 18 obyekt məhv edilib.

Türkiyənin Afrindəki hərbi əməliyyatı beynəlxalq normalara, BMT Təhlükəsizlik Şurasının terrorla mübarizə məsələləri haqqında qətnamələri və BMT Nizamnaməsinin 51-ci maddəsinə söykənir.

Türkiyə ordusunun məqsədi Suriyanın şimal-şərqində terrorçuları və terrorçu qruplaşmalara aid obyektləri məhv etməkdir.