Türkiyə Ali Seçki Şurası, Rəcəb Tayyib Ərdoğanı rəsmi qalib elan etdi
Türkiyə Ali Seçki Şurası, Rəcəb Tayyib Ərdoğanı rəsmi qalib elan etdi

Türkiyə Ali Seçki Şurası, Rəcəb Tayyib Ərdoğanı rəsmi qalib elan etdi. Seçki iştirakçılarının səslərinin 99%-ni saydıqdan sonra, Ərdoğanın 52.55% səsi var.

Seçki Şurasının sədri Sadi Güvənin bəyanatına əsasən, geridə qalan səslər, seçki nəticələrinə təsir edə bilməz.

Prezident seçkilərində ikinci yerə Məhərrəm İnci 30.67%-lə, ikinci yerə isə Səlahəddin Dəmirtaş 8.3%-lə çıxdı. Dördüncü yerdə Meral Akşenərdi, o  səslərin 7.33%-nə malikdir. Temel Qaramollaoğlu 0.89%, Doğu Perinçek isə 0.20% alıblar.

Siyasi partiyalara gəldikdə isə, Parlamentə daxil olmaq üçün 10%-lik baryeri 5 siyasi partiya keçdi. “Ədalət və inkişaf partiyası” 42.50% alıb. Müxalifət “Xalq respuba partiyası” 22.68% aldı, üçüncü yerdə isə 11.63%-lə kürd partiyası “Xalq demokratik partiyasıdır”.