Türkiyə Gürcüstana 4,5 mln türk lirasının ekvivalentini ABŞ dolları ilə ayıracaq
Parlamentin Müdafiyə və Təhlükəsizlik komitəsinin iclasında, komitə üzvləri dünən “Gürcüstan İqtidarı və Türkiyə Respublikasının iqtidarı arasında hərbi maliyyə əməkdaşlığı haqqında” razılaşma ilə tanış oldular, hansını ki, Müdafiyə Nazirinin müavini Nukri Gelaşvili təqdim etdi.
Razılaşmaya əsasən, Türkiyə tərəfi Gürcüstana 4 milyon 500 min türk lirasının ekvivalentini ABŞ dolları ilə, qrant olaraq, ayıracaq və bu məbləğ iki istiqamətə xərclənəcək. Bir hissəsi, Türkiyə şirkətlərindən hərbi malın alınmasına, digər hissəsi isə, Marneuli hava limanının locistika istiqamətinin modernizasiyası üçün ayrılacaq.
Komitə üzvləri təqdim edilən razılaşmayı müsbət dəyərləndirdilər və onun plenar iclasa çıxardılmasını dəstəklədilər.