Türk sərhədçiləri avtobusun baqajında gizlənən üç Gürcüstan vətəndaşını yaxaladılar
Türk sərhədçiləri avtobusun baqajında gizlənən üç Gürcüstan vətəndaşını yaxaladılar

Türk sərhədçiləri avtobusun baqajında gizlənən üç Gürcüstan vətəndaşını yaxaladılar.

Həbs edilən şəxslər sərhədin qeyri-qanuni şəkildə pozulmasında ittiham olunurlar.

Bir kişi və iki qadın Türkiyədən Gürcüstana gələn avtobusda yaxalandılar.

Sərhəd polisinin dediyinə görə, qeyd olunan şəxslər üçün Türkiyəyə daxil olmaq qadağanı var idi, ancaq onlar Türkiyəyə qeyri-qanuni şəkildə daxil oldular və eyni şəkildə geri qayıtmağa çalışırkən, Sarp gömrük məntəqəsində yaxalandılar.

Hopa prokurorluğunun qərarı ilə, qanun pozan Gürcüstan vətəndaşlarını öz vətənlərinə göndərdilər.