Türk pensionerləri seçki qabağı hədiyyə olaraq, 244 dollar alacaqlar
Türk pensionerləri seçki qabağı hökümətdən maddi yardım alacaqlar.
Türkiyənin baş naziri Binəli Yıldırım bəyan etdi ki, iyunun 24-də keçirilməsi planlaşdırılan seçkilərdən bir həftə öncə, müxtəlif proqramlar çərçivəsində, Türkiyə əhalisinin 15 faizi maddi yardım alacaq.
Politico-nun yaydığı məlumata görə, prezident Rəcəb Tayyip Erdoğan və iqtidar partiyası, seçki qabağı 12 milyon pensionerə hədiyyə olaraq, 244 dollar dəyərində vauçerləri iki dəfə verəcək.
Bu Türkiyənin büdcəsi üçün təqribən 55,9 milyon dollara başa gələcək.
Erdoğanın opponentləri isə, bəyan edirlər ki, bu yollarla, o seçiciləri almağa çalışır.
İyunun 24-də keçirilən seçkilərdən sonra, Rəcəb Tayyip Erdoğanın qalib olduğu təqdirdə, o Türkiyənin referendum vasitəsi ilə səlahiyyəti artan ilk lideri olacaq.