Türk medyası trefikinq qurbanı olan Gürcüstan vətəndaşlarının azad edilməsinin detalları haqqında yazır
Türk medyası trefikinq qurbanı olan Gürcüstan vətəndaşlarının azad edilməsinin detalları haqqında yazır

Türk medyası trefikinq qurbanı olan Gürcüstan vətəndaşlarının azad edilməsinin detalları haqqında yazır.

Jurnalistlərin məlumatına görə, Adana əyalətində həyata keçirilən xüsusi əməliyyat zamanı, zorla prostitusiyaya məcbur edilən altı gürcü qadını azad edildi.

Türk medyasının məlumatına görə, xüsusi əməliyyat mayın 4-də keçirildi və onda 300 hüquqmühafizəçi iştirak edirdi.

Xüsusi əməliyyat üçün hazırlıq 3 ay davam edirdi.

Kriminalları həbs etmək üçün polis dronlardan da istifadə etdi.

Jurnalistlərin dediyinə görə, Kozan rayonunda yerləşən 3 evdə altı qadın var idi.

Hadisə yerinə gedən polisi 30 yaşlı Olesya V. qarşıladı və qapıyı bağladı. Polis qapıyı qırmaq zorunda qaldı.

Trefikinq qurbanlarının bir hissəsi dolablarda gizlənmişdi.

Evdə, qadınları qorxutmaq üçün Pitbull itləri var idi.

İstintaq nəticəsində məlum oldu ki, Gürcüstan vətəndaşlarını Türkiyəyə evlənmək adı ilə, aldadaraq gətiriblər.

Evlərdə yoxlayış zamanı polis 75 min lira və mühasibat sənədləri tapdı, hansında prostitusiyaya məcbur edilən qadınların gəliri göstərilirdi.

Zorla prostitusiyaya məcbur etmək ittihamı ilə, 18 nəfər həbs edildi.

Polis müəyyən etdi ki, qadınları cinayət fəaliyyətinə qarışdıranlar arasında onların öz qohumları da var.

Trefikinqdən xilas edilən 6 qadını bugün vətəninə qaytardılar.