Türk mediası- Gürcüstan Türkiyəyə yardım əlini uzatdı və fəlakət bölgəsinə xilasedici qruplar göndərir
Türk mediası- Gürcüstan Türkiyəyə yardım əlini uzatdı və fəlakət bölgəsinə xilasedici qruplar göndərir

 

Türk nəşrləri xilasetmə tədbirlərində iştirak etmək məqsədilə Gürcüstandan 60 yanğınsöndürən və xilasedicinin fəlakət zonasına yola salınmasından yazır.

“Gürcüstan Türkiyəyə yardım əlini uzatdı və fəlakət zonasına xilasetmə qrupları göndərir. Ölkənin Daxili İşlər Nazirliyinin açıqladığı üzrə Baş nazir İrakli Ğaribaşvilinin qərarına əsasən, 60 yanğınsöndürən və xilasedici artıq Türkiyədə təbii fəlakət bölgəsinə yola düşüb. Onlar axtarış əməliyyatlarında aktiv şəkildə iştirak edəcəklər”- deyə türk mediası yazır.

Türk media vasitələri həmçinin Baş nazir İrakli Ğaribaşvilinin türk xalqına ən böyük həmrəyliyinin ifadə etdiyi münasibəti haqqında da yazırlar.

“Ğaribaşvili “Twitter” sosial şəbəkəsində yazır ki, Gürcüstan türk xalqının yanındadır və onlara lazım olan hər cür kömək göstərməyə hazırdır”- deyə türk mediası yazır.

Fevralın 6-da xilasetmə əməliyyatlarında iştirak etmək məqsədilə xilasedicilər Gürcüstandan Türkiyəyə yola düşüblər.