“Turizm və Sülh” - Gürcüstan ilk dəfə olaraq Ümumdünya Turizm Gününə ev sahibliyi edəcək
2024-cü ilin sentyabrın 27-də Gürcüstan Birləşmiş Millətlər Təşkilatının Turizm Təşkilatının himayəsi ilə ilk dəfə olaraq Ümumdünya Turizm Gününün qeyd edilməsi tədbirinə ev sahibliyi edəcək. Bu haqda məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayır.
Qurum, Ümumdünya Turizm Gününün builki mövzusunun “Turizm və Sülh” olması haqda məlumat verir.
Genişmiqyaslı tədbir çərçivəsində bir çox ölkələrdən yüksək səviyyəli qonaqlar, turizm nazirləri, beynəlxalq təşkilatların və turizm sahəsinin nümayəndələri Gürcüstana səfər edəcəklər. Ümumdünya Turizm Günü çərçivəsində müzakirə panelləri keçiriləcək, turizmin inkişafının dünya tendensiyaları və sahənin inkişafı baxımından sülhün əhəmiyyəti müzakirə ediləcək.
Gürcüstanda Ümumdünya Turizm Günü tədbirinin keçirilməsi ölkənin beynəlxalq arenada turizm məlumatlılığının daha da möhkəmlənməsinə kömək edəcək. 2023-cü ilin yazında BMT-nin Ümumdünya Turizm Təşkilatının Avropa Komissiyasına üzv olan 38 ölkə Gürcüstan nümayəndə heyətinin 2024-cü ildə Ümumdünya Turizm Gününün Gürcüstanda qeyd edilməsi təşəbbüsünü yekdilliklə dəstəkləyib.
Ümumdünya Turizm Günü Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatı (UN Tourism) tərəfindən 1979-cu ildən hər il sentyabrın 27-də qeyd edilir” – qurum tərəfindən yayılmış məlumatda deyilir.