Turizm Agentliyi - 2024-cü ilin altı ayında Fars körfəzi ölkələrindən turist səfərlərinin sayı 38,8%-lə artıb
Turizm Agentliyi - 2024-cü ilin altı ayında Fars körfəzi ölkələrindən turist səfərlərinin sayı 38,8%-lə artıb

 

Milli Turizm Agentliyinin məlumatında, cari ilin altı ayında Fars körfəzi ölkələrindən turist səfərlərinin sayının 38,8%-lə artdığı deyilir.

“Yanvar-iyun dövründə Fars körfəzi ölkələrinin yüksək xərcli turizm bazarlarından Gürcüstana 42 905 beynəlxalq səfər baş tutub, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə +38,8%-lə çoxdur.

Ziyarətçilərin xüsusi artımı -Səudiyyə Ərəbistanından +44,3%, Küveytdən +45,8% və Qətərdən +29,7% qeydə alınıb.

Beynəlxalq səyahətçilərin və beynəlxalq turist səfərlərinin sayı Ümumdünya Turizm Təşkilatının tövsiyəsi əsasında hazırlanmış metodologiyaya əsasən hesablanır və artıq edilmiş və başa çatmış səfərləri əhatə edir”- məlumatda qeyd olunub.