Turizm Administrasiyası yüksək reytinqli beynəlxalq nəşrlərin jurnalistlərinə ev sahibliyi edir
Turizm Administrasiyası yüksək reytinqli beynəlxalq nəşrlərin jurnalistlərinə ev sahibliyi edir

Gürcüstanın mədəni turizm potensialını təqdim etmək məqsədilə beynəlxalq media nümayəndələri üçün press-tur keçirildi. Milli Turizm Administrasiyasının təşkilatçılığı ilə Fransa, Türkiyə, Hindistan, Koreya və Misirdən olan jurnalistlər Gürcüstanda oldular.

Turizm Administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, beynəlxalq media nümayəndələri Gürcüstanda keçiriləcək “Mestia Beynəlxalq Qısa və Dağ Filmləri Festivalnda” iştirak edəcəklər, hansı da 17-21 avqustda keçiriləcək. Jurnalistlər tərəfindən hazırlanan materiallar müxtəlif beynəlxalq media platformalarında dərc olunacaq.

Xarici jurnalistlər Svanetiyə gedənə qədər qədim Tbilisidə oldular, paytaxtın tarixi memarlığı ilə tanış oldular, gürcü yeməklərinin dadına baxdılar.

Tbilisiyə səfər etdikdən sonra press-tur iştirakçıları İmeretiyə gedəcək və burada müxtəlif turistik yerləri ziyarət edəcəklər.

“Tur başa çatdıqdan sonra beynəlxalq media nümayəndələri Gürcüstanın turizm potensialı və Mestia Film Festivalı haqqında yüksək reytinqli nəşrlər üçün məqalələr hazırlayacaqlar, hansınla da Fransa, Türkiyə, Hindistan, Koreya və Misirdə on milyonlarca oxucu tanış olacaq”, – Milli Turizm Administrasiyasının məlumatında deyilir.