Turizm Administrasiyası - yanvar ayında beynəlxalq səyahətlərdən əldə edilən gəlir 114 milyon dollar təşkil edib
2022-ci ilin yanvar ayında Gürcüstan beynəlxalq səyahətlərdən 114 022 899 ABŞ dolları gəlir əldə edib ki, bu da 2019-cu ilin göstəricisinin 69,3% bərpası deməkdir; 2021-ci ilin yanvar ayı ilə müqayisədə beynəlxalq səyahətlərdən əldə olunan gəlir 103,663,879 ABŞ dolları (+1,007%) artıb-bu barədə Milli Turizm Administrasiyası məlumat yayır.
Qurumun məlumatına görə, 2022-ci ildə ziyarətçilər baxımından müsbət tendensiya qorunacaq.
” 2022-ci ilin yanvar ayında Gürcüstana 199 393 beynəlxalq səyahətçi səfər edib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 38% bərpa deməkdir.
2021-ci illə müqayisədə isə artım + 471% təşkil edir. 2022-ci ilin yanvar ayında beynəlxalq turist səfərlərinin sayı 163 615 təşkil edib.
2019-cu ilin göstəriciləri ilə müqayisədə bərpa 53%, 2021-ci illə müqayisədə isə artım +456% təşkil edir ” – deyə Turizm Administrasiyasının məlumatında bildirilir.