Turizm Administrasiyası - sentyabrda beynəlxalq səyahətlərdən əldə olunan gəlir 375 615 194 ABŞ dollarını təşkil etdi
Milli Turizm Administrasiyası sentyabr ayı üzrə gəlirlərin statistik məlumatlarını dərc etdirir.
Agentliyin məlumatına görə, 2022-ci ilin sentyabr ayında beynəlxalq səyahətlərdən əldə edilən gəlir, pandemiyadan sonra artıq üçüncü dəfə 2019-cu ilin göstəricisini üstələyir. Sentyabr ayında gəlir 375 615 194 ABŞ dollarını təşkil etdi ki, bu da 2019-cu ilin analoji göstəricisində +17,9 faiz (+56 982 269 ABŞ dolları) artıqdır.
Göstəricilərə görə, 2021-ci ilin sentyabr ayı ilə müqayisədə səyahət gəlirləri 213 752 443 ABŞ dolları ilə (+132,1 faiz) artıb.
Milli Turizm Administrasiyasında qeyd edirlər ki, turist axınının artması nəticəsində Gürcüstan 2022-ci ilin yanvar-sentyabr aylarında beynəlxalq səyahətlərdən (turizm) 2,5 milyard dollar gəlir əldə etdi, bu da 2019-cu ilin göstəricisinin 97.5 faiz bərpasıdır.
Agentliyin məlumatına görə, 2021-ci ilin yanvar-sentyabr ayı ilə müqayisədə səyahət gəlirləri +1 651 528 684 (+190,8 faiz) ABŞ dolları artıb.