Turizm Administrasiyası - 2022-ci ildə Gürcüstan beynəlxalq səyahətlərdən 3,5 milyard dollar gəlir əldə edib
2022-ci ildə səyahətdən əldə edilən gəlir 2019-cu ilin göstəricisini üstələyib və rekord göstərici- 3 516 634 479 ABŞ dolları qeydə alınıb, bu da 2019-cu ilin analoji göstəricisinin (+247 980 410 ABŞ dolları) 107,6 faiz bərpasıdır- bu barədə Milli Turizm Administrasiyası tərəfindən açıqlanan göstəricilərdə qeyd olunur.
Onların göstəricilərinə əsasən 2021-ci illə müqayisədə səyahətdən əldə edilən gəlir +2,271,692,761 (+182,5%) ABŞ dolları artıb.
“2022-ci ilin dekabr ayında səyahətdən əldə edilən gəlir 2019-cu ilin göstəricisini üstələyərək 363 306 614 ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin analoji göstəricisinin 167,2 faiz bərpasıdır, 2021-ci ilin dekabr ayı ilə müqayisədə isə səyahət gəlirləri +237 255 588 (+188.2%) ABŞ dolları artıb.
Turizmin bərpa dinamikasına gəlincə – 2022-ci ildə Gürcüstana 5,4 milyon beynəlxalq səyahətçi səfər edib.
2022-ci ildə 2019-cu illə müqayisədə beynəlxalq turist səfərlərinin 71,9 faizi, beynəlxalq səyahətçilərin səfərlərinin isə 58 faizi bərpa olunub.
Ötən il Gürcüstana ümumilikdə 5 426 903 beynəlxalq səyahətçi səfər edib ki, bu da 2021-ci illə müqayisədə +188,5 faiz çoxdur.
2022-ci ildə ölkəyə 3 652 949 beynəlxalq turist səfəri baş tutub ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə +131,6 faiz çoxdur.
2022-ci ilin dekabr ayı turizmin canlanma dinamikası ilə seçilib. Bu dövr ərzində Gürcüstana 564 656 beynəlxalq səyahətçi səfər edib ki, bu da 2019-cu ilin göstəricilərinin 84,6 faiz bərpası deməkdir, 2021-ci illə müqayisədə isə artım +216,9 faiz təşkil edib” -deyə Turizm Administrasiyasının yaydığı məlumatda deyilir.
Onların göstəricilərinə əsasən 2022-ci ilin dekabr ayında ölkəyə 304 616 beynəlxalq turist səfəri edilib ki, bu da 2019-cu ilin göstəricilərinin 97,6 faiz bərpasıdır, 2021-ci illə müqayisədə artım +110,7 faiz təşkil edir.