Turizm Administrasiyası - 11 ayda Gürcüstana 5 milyona qədər beynəlxalq səyahətçi səfər edib
Turizm Administrasiyası - 11 ayda Gürcüstana 5 milyona qədər beynəlxalq səyahətçi səfər edib

 

Milli Turizm Administrasiyası noyabr ayı üçün statistik göstəriciləri dərc edir.

Turizm Administrasiyasının məlumatında 2022-ci ilin noyabr ayında Gürcüstana 471 165 beynəlxalq səyahətçinin səfər etdiyi, əvvəlki ilin noyabr ayı ilə müqayisədə artımın +160,4% təşkil etdiyi deyilir.

“2019-cu ilin eyni dövrü ilə müqayisədə beynəlxalq səyahətçilərin səfərləri 70% -lə bərpa olunub. Noyabr ayında turist səfərlərinin bərpası dinamikası əhəmiyyətli dərəcədə artıb. 2022-ci ilin noyabr ayında 299 605 beynəlxalq turist səfəri baş tutub, 2021-ci ilin noyabr ayı ilə müqayisədə artım +97,9%-dir. 2019-cu ilin eyni dövrü ilə müqayisədə beynəlxalq turist səfərlərinin 88,4 faizi bərpa olunub. Turizmin bərpa dinamikası – 2022-ci ilin yanvar-noyabr ayları 2022-ci ilin 11 ayında Gürcüstana 4 862 247 beynəlxalq səyahətçi səfər edib, 2021-ci ilin yanvar-noyabr dövrü ilə müqayisədə artım +185,5%-dir.

2019-cu ilin eyni dövrü ilə müqayisədə beynəlxalq səyahətçilərin səfərlərinin bərpası 55,9% təşkil edir. 2022-ci ilin yanvar-noyabr dövründə 3 348 333 beynəlxalq turist səfəri baş tutub, bu da ötən ilin 11 ayı ilə müqayisədə +133,7% -lə çoxdur, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə isə turist səfərlərinin 70,2%-i bərpa olunub.

Beynəlxalq səyahətçilərin və beynəlxalq turist səfərlərinin sayı Ümumdünya Turizm Təşkilatının tövsiyəsi əsasında hazırlanmış metodologiyaya əsasən hesablanır və artıq baş tutmuş və bitmiş səfərləri əhatə edir”- deyə Turizm Administrasiyasında bildirirlər.