Turist axınını artırmaq üçün Milli Turizm Administrasiyası səyahət platformalarından biri olan Skyscanner ilə birlikdə yeni kampaniyaya başlayıb
Almaniya, Polşa və Birləşmiş Ərəb Əmirliklərindən turist axınını artırmaq məqsədilə Gürcüstanın Milli Turizm Administrasiyası dünyanın ən böyük səyahət platformalarından biri olan Skyscanner ilə birgə yeni kampaniyaya başlayıb.
Milli Turizm Administrasiyasının məlumatına görə, kampaniya çərçivəsində Skyscanner saytında Gürcüstanın turizm potensialını əks etdirən bannerlər yerləşdirilib.
“Xüsusi bölmədə (Country Explorer) Gürcüstan haqqında məlumatlar, tanıtım şəkilləri və məqalələr yüklənib. Kampaniyaya Gürcüstan haqqında məlumatların sosial mediada yerləşdirilməsi daxildir: Instagram, Facebook və TikTok. Kampaniyanın gözlənilən nəticəsi 4.000.000 təəssürat və 1.500.000 çatdırılmadır (reach). Yeni marketinq kampaniyası noyabrın 30-da başlayıb və gələn il yanvarın 13-dək davam edəcək”, – Milli Turizm Administrasiyasının məlumatında deyilir.
Müəllif -
Mehemmed Bayramaliyev