Tuşetidən vətəndaşların təhlükəsiz çıxarılmasının xüsusi tədbiri aparılır
Tuşetidən vətəndaşların təhlükəsiz çıxarılmasının xüsusi tədbiri aparılır

Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi Xidməti tərəfindən Sərhəd Polisi vertalyotları, nazir vaxtanq Qomelaurinin qərarı ilə, Omalodan vətəndaşların təhlükəsiz çıxarılmasının xüsusi tədbiri aparılır

Pşaveli-Abano-Omalo avtomobil yolunun zədələnməsi nəticəsində, yaksək dağlıq qəsəbə təcrid olundu, nəticədə yerlilər və turistlər dağda qaldılar. Gürcüstan və xarici ölkə vətəndaşlarının Telaviyə aparılması məqsədilə, prosesə yanğınsöndürən-xilasedici qüvvələr, bu gün səhərdən isə, Sərhəd Polisi vertalyotları qoşuldular.

İki vertalyotla artıq uçuşlar həyata keçirildi. Nəticədə Tuşetidən 50-ə qədər insanın, o cümlədən turistlərin Telaviyə təhlükəsiz aparılması baş verdi.

Məlumatı Daxili İşlər Nazirliyi yayır.