Tskneti şossesində aparılan işlər ilə əlaqədar olaraq nəqliyyatın hərəkət sxemi müvəqqəti olaraq dəyişir
Vəki rayonundakı Tskneti şossesində bərpa işləri son mərhələdədir. Hazırda asfalt örtüyünün üst qatlarının döşənməsi üçün hazırlıq işləri aparılır. Bu barədə Tbilisi meriyası məlumat yayıb.
Meriyadan verilən məlumata görə, qeyd olunan işlərin rahat yerinə yetirilməsi üçün sentyabrın 20-si saat 20:00-dan etibarən Tsknet şossesində bir istiqamətdə avtomobillərin hərəkəti mümkün olacaq.
“O cümlədən, Baqabi qəsəbəsi ilə Universitet küçəsini birləşdirən yeni avtomobil körpüsündən Vəki qəbiristanlığı istiqamətində, əks istiqamətdə isə Vəki qəbiristanlığını əhatə edən ərazidən Uçaneişvili küçəsindən istifadə etməklə hərəkət etmək mümkün olacaq.
Tbilisi meriyası yaranmış narahatlığa görə üzr istəyir!”. – Meriyanın məlumatında qeyd olunur.