Tsitsişvili klinikasında qrip virusuna yoluxan pasiyentlərin müraciətinin artdığı deyilir
Tsitsişvili adına Uşaq Klinikasının tibbi direktoru Maia Çxaidze qrip virusuna yoluxan pasiyentlərin müraciətinin artdığını bildirib.
O, respirator virus infeksiyalarının yayılmasına vətəndaşların sistemli şəkildə maska taxmamasının şərait yaratdığını bildirib.
“Ümumiyyətlə, müraciət artıb. İndi mövsümi virus infeksiyalarının, xüsusən də respirator virus infeksiyalarının başladığı mövsümdür. Korona infeksiyası dövründə hamımız maskalardan istifadə edirdik və respirator viruslara yoluxma halları çox az idi. İndi maskadan istifadə yalnız klinikalarda məcburi olduğundan, artıq ondan istifadə etmirik, tənzimləmə şərtlərinə əməl olunmur, respirator infeksiyalar yayılır. Maska bizi istənilən respirator infeksiyadan qoruyurdu, bu səbəbdən təbii ki, yoluxmaların sayı artacaq. Qış fəsli gəlir və biz gigiyenik şərtlərə əməl etməliyik. Qrip mövsümü noyabr ayından başlayacaq” – deyə Maia Çxaidze bildirib.
Maia Çxaidze qrip halında da peyvəndin ən yaxşı profilaktika olduğunu bildirib. O, qrip əleyhinə vaksinin artıq ölkəyə gətirildiyini və onun vətəndaşlar üçün əlçatan olduğunu bildirib.
“Digər yoluxucu xəstəliklərdə olduğu kimi, qripin də ən yaxşı profilaktikası peyvənddir. Artıq dörd komponentli qrip peyvəndi gətirilib və əlçatandır. Altı aylıq yaş həddindən qrip mövsümünə peyvənd yolu ilə hazırlaşmaq tövsiyə olunur , bundan irəli gələrək peyvənd ola bilərlər” -deyə Maia Çxaidze bildirib.
Maia Çxaidze valideynləri temperaturu olan uşaqları məktəbə və bağçaya buraxmamağa çağırıb.
“Uşağı bağçaya və məktəbə aparan valideyn uşağın qızdırması olanda onu buraxmamalıdır, çünki yaxın təmaslar olur və xəstələnmə halları artır”- deyə Maia Çxaidze bildirib.