Tsitsamuri kəndi yaxınlığında baş vermiş hadisə ilə əlaqədar su təchizatı məhdudlaşdırılmış abonentlərin su təchizatı iyunun 24-dən etibarən mərhələli şəkildə bərpa olunacaq
Tsitsamuri kəndi yaxınlığında su təchizatının mərkəzi magistral kəmərinin zədələnmiş hissələri bərpa edilib. Kəmər yuyulur, bundan sonra da şəbəkə laboratoriyada yoxlanılmış, yüksək keyfiyyətli içməli su ilə doldurulacaq – bu haqda “Georgian Water and Power”in bəyanatında qeyd olunub.
Şirkətin bəyanatında qeyd edildiyi kimi, kəmərin içməli su ilə doldurulması çətin və mürəkkəb prosesdir, bunu kəmərə suyun yüksək təzyiqlə doldurulması şərtləndirir.
“Şəbəkə doldurulduqdan sonra “GWP”nin texniki qrupları sözügedən kəmərin və onunla əlaqəli şəbəkələrin tam perimetri üzrə müşahidələrə və bərpa olunmuş kəmərə suyun təzyiqlə doldurulmasına qarşı dayanıqlığının qiymətləndirilməsi üçün yeni birləşmə nöqtələrinin texniki monitorinqinə başlayacaq.
“Georgian Water and Power”in texniki qrupları iyunun 17-dən 24 saat boyunca Tsitsamuri kəndi yaxınlığında su təchizatının mərkəzi magistral kəmərinin bərpası işlərini aparırlar. Aparılan işlər nəticəsində sürüşmə yamacı işlənilib və terrasa çevrilib, zədələnmiş hissələrin koordinatları müəyyən edilib və zədələnmə dərəcəsi müəyyən edilib. Magistral kəmərin diaqnostikası başa çatdıqdan sonra kəmərin müvafiq hissələri torpaq örtüyündən təmizlənib, zədələnmiş hissələrin dəyişdirilməsi və hər bir yeni birləşmə nöqtəsinin qaynaq keyfiyyətinin ekspertizası işləri aparılıb”- bəyanatda deyilir.
Bununla yanaşı, şirkətdən bildirirlər ki, Tsitsamuri kəndi yaxınlığında baş vermiş hadisə ilə əlaqədar su təchizatı məhdudlaşdırılmış “Georgian Water and Power”in abonentlərinin su təchizatı iyunun 24-dən etibarən mərhələli şəkildə bərpa olunacaq.