Tbilisidə, Tsintsadze-Kartozia küçələrinin kəsişməsində nəqliyyat qovşağı yaradılır, – bu barədə bəyanatı paytaxtın meri Kaxa Kaladze Tbilisi meriyasının hökümət iclasında verdi.
Kaxa Kaladzenin qeyd etdiyinə görə, layihənin həyata keçirilməsi üçün təqribən 2 milyon 700 lari xərclənəcək və beş ay davam edəcək.
Onun dediyinə görə, iki səviyyəli nəqliyyat qovşağı yaradılacaq, hansı ki, nəqliyyat vasitələrinin təhlükəsiz və maneəsiz keçməsini təmin edəcək.
“Düşünürəm ki, başladığımız bir çox layihələr arasında bu ən əsaslarından biridir. Kiminsə bu layihə ilə bağlı sualları yarana bilər, amma hərhalda şəhərin küçələrini 50 il bundan əvvəlki kimi saxlaya bilmərik, çünki o zaman şəhərdə iki maşın gəzirdi, indi isə, yollar ciddi şəkildə tənzimlənməlidir. Əlbəttəki, sadəcə bir-iki nəqliyyat qovşağı ilə böyük tıxanc problemini həll edə bilmərik, şəhərin infrastrukturunu tam şəkildə yeniləşdirməliyik. Bu proses çərçivəsindəki məhdudiyyətlər bəzi vətəndaşların xoşuna gəlməyə bilər, ancaq attığımız hər bir addım daha yaxşı Tbilisinin yaradılması üçündür” – dedi Kaxa Kaladze.