Tsinarexi-Kvataxevinin 5 km-lik hissəsinin bərpası yekunlaşmaq üzrədir
Tsinarexi-Kvataxevinin 5 km-lik hissəsinin bərpası yekunlaşmaq üzrədir

 

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi yaxın vaxtlarda Tsinarexi-Kvataxevinin 5 km-lik hissəsinin bərpa işlərini yekunlaşdıracaq. Bu barədə Avtomobil Yolları İdarəsi məlumat yayır.

“Bərpa edilən hissə Kaspi Munisipalitetində yerləşir və Tsinarexi kəndindən Kvataxevi monastır kompleksinə aparır. Bu həmişə torpaq yol olub və heç vaxt asfalt örtüyü çəkilməyib. Onun problemsiz fəaliyyət göstərməsi əhali və monastır kompleksinin qonaqları üçün xüsusilə vacibdir.

Reabilitasiya layihəsi yol örtüyünün və süni konstruksiyaların qurulmasını həmçinin, Kavtura çayı üzərində mövcud körpünün bərpasını nəzərdə tuturdu. Yerli yollara bağlantılar, dayanacaq, yol nişanları qurulub və yolun hərəkət hissəsinin nişanlanması işləri aparılır”- deyə Avtomobil Yolları İdarəsinin məlumatında deyilir.

İdarədən verilən məlumatda, layihənin dövlət büdcəsi hesabına maliyyələşdirildiyi və dəyərinin 3,6 milyon lari təşkil etdiyi deyilir.