Tsinandalidə Gürcüstan hökuməti və parlament çoxluğunun işgüzar görüşü keçirilib
Tsinandalidə Gürcüstan hökuməti və parlament çoxluğunun işgüzar görüşü keçirilib.
“Gürcü arzusu”nun mətbuat xidmətindən verilən məlumata əsasən, iclasda 2024-cü il dövlət büdcəsi layihəsinin əsas istiqamətləri müzakirə olunub. Gələn ilin büdcəsində nələrə üstünlük verilməli olduğuna dair fikirlər səsləndirilib. Həmçinin söhbətdə büdcə vəsaitlərinin bölgüsünə də toxunulub.
Onlar verdiyi məlumata görə, Tsinandalidə keçirilən işgüzar iclas 2024-cü ilin dövlət büdcəsinin planlaşdırılmasında və düzgün prioritetlərin müəyyən edilməsində mühüm rol oynayacaq.
Müəllif -
Mehemmed Bayramaliyev