Tsilkaninin məcburi köçkün qəsəbəsində Arçil Tatunaşvilinin adına abidənin açılışı baş tutub
Tsilkaninin məcburi köçkün qəsəbəsində Arçil Tatunaşvilinin adına abidənin açılışı baş tutub

 
Tsilkaninin məcburi köçkün qəsəbəsində Arçil Tatunaşvilinin adına abidənin açılışı baş tutub.

Gürcüstanın Müdafiə Nazirliyinin yaydığı məlumatda müdafiə nazirinin müavini Qriqol Qiorqadzenin, Müdafiə Qüvvələri komandanının müavini general-mayor Coni Tatunaşvili və Mtsxeta-Mtianeti bölgəsinin dövlət müvəkkili Davit Nozadzenin memorialın rəsmi açılışını etdikləri deyilir.

“Qəhrəman hərbçi hələ sağlığında məcburi köçkünlər qəsəbəsində park və idman meydançası açmaq arzusunda olub. Yerli munisipalitet onun bu arzusunu bir neçə il əvvəl həyata keçirib. Bu gün isə parkda Arçil Tatunaşvilinin ailəsinin təşəbbüsü və Müdafiə Nazirliyinin dəstəyi ilə qəhrəmanın abidəsinin açılışı olub. Qurum parkın yaşıllaşdırılmasında da iştirak edib” – nazirliyin məlumatında deyilir.

Tədbirdə Arçil Tatunaşvilinin ailə üzvləri, Müdafiə Nazirliyinin nümayəndələri və Tsilkaninin məcburi köçkün qəsəbəsinin sakinləri iştirak ediblər.