Tsereteli prospektində yol işləri yekunlaşdıqdan sonra bir neçə yerdə nəqliyyatın hərəkət istiqaməti dəyişir
Tsereteli prospektində yol işləri yekunlaşdıqdan sonra bir neçə yerdə nəqliyyatın hərəkət istiqaməti dəyişir

Akaki Tsereteli prospektində yol işləri yekunlaşdıqdan sonra bir neçə yerdə hərəkət istiqaməti dəyişir.

Paytaxt meriyasının məlumatına əsasən, konkret olaraq Şota Şalikaşvili adına körpüdən avtomobillər Şalikaşvili körpüsünün sağ pandusundan sola dönərək Nona Qaprindaşvili küçəsi istiqamətində hərəkət edə biləcəklər.

“Həmçinin Qaprindaşvili küçəsi ilə Kosmonavtlar sahilini birləşdirən tuneldən sola dönməklə Tsereteli prospektinə getmək mümkün olacaq. Bundan başqa, Qiorqi Tsabadze küçəsi hissəsində nəqliyyatın hərəkət istiqaməti dəyişəcək və hərəkətə yalnız birtərəfli icazə veriləcək. Konkret olaraq, avtomobillər Keşiş Tevdore küçəsindən Tsereteli prospekti istiqamətində hərəkət edəcəklər”- meriyadan bildirilib.