Tsereteli prospektində gedən işlər səbəbilə Tsabadze küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Tsereteli prospektində gedən işlər səbəbilə Tsabadze küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

 
Akaki Tsereteli prospektində gedən işlər səbəbilə aprelin 25-dən saat 23:00-dan etibarən Qiorqi Tsabadze küçəsinin müəyyən hissəsində üç gün müddətində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq-bu barədə məlumatı paytaxt meriası yayır.

Verilmiş məlumatda işlər çərçivəsində hərəkətin birtərəfli mümkün olacağı deyilir.

“Belə ki, “Dinamo Arena” ərazisindən Kürün sol sahili istiqamətində – Dimitri Ğipiani küçəsi və Ağmaşenebeli prospektinin kəsişməsi vasitəsilə, əks istiqamətdə isə Kürün sol sahilindən “Dinamo Arena”ya doğru hərəkət müvəqqəti məhdudlaşdırılacaq. Tbilisi meriyası yaranmış narahatlığa görə üzr istəyir”-deyə meriyanın məlumatında qeyd edilir.